Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilib

15 noyabr 2023 | 18:12

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ombudsmanın cənub regional mərkəzinin təşkilatçılığı ilə Cəlilabad şəhər 3 və 9 saylı tam orta məktəblərində "Uşaq hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə ombudsmanın cənub regional mərkəzinin rəhbəri Ziya İsmayılov, rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, rayon polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Anar Atakişiyev, rayon gənclər və idman sektorunun müdiri Vüqar Cavadov, rayon təhsil sektorunun aparıcı məsləhətçisi Tacəddin Əli və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbir iştirakçıları çıxışlarında “Sağlam həyat tərzi, sağlamlığın qorunması, sağlam ətraf mühitdə yaşamaq hüququ, uşaqlar və gənclər arasında narkomaniyaya və digər zərərli vərdişlərə qarşı sosial-hüquqi mübarizənin gücləndirilməsi” və “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici söhbətlər aparmış, həmçinin uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər.

Keçidlər