Cəlilabadda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
“Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar 20 oktyabr- 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti, Ombudsmanın cənub regional mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə və Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbdə "Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi" və "BMT-nin Uşaq hüquqları Konvensiyası uşaq hüquqlarının qorunmasında mühüm sənəd kimi" adlı tədbirlər keçirilmişdir.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbrahimova, Ombudsmanın cənub regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran regional miqrasiya idarəsinin baş inspektoru Zamiq Kərimov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Tacəddin Əli iştirak etmişlər.
Tədbirdə Konvensiyanın uşaqların iqtisadi, sosial, mədəni və siyasi hüquqlara malik olması, uşaqların müdafiə olunmaq hüquqları, həmçinin konvensiyanın maddələri və onların bölündüyü kateqoriyalar barədə məlumat verilmişdir.