Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir

13 noyabr 2025 | 16:54

“Konstitusiya və Suverenlik İli" çərçivəsində 13 noyabr 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 20 oktyabr-20 noyabr tarixlərinin ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilməsi ilə bağlı Heydər Əliyev Mərkəzində və Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbirlər təşkil edilmişdir.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi -psixoloqu Özal Kazımov, Ombudsmanın cənub regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşları Zamiq Kərimov, Nicat Bayramov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Tacəddin Əli, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Sadatova, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndələri və şagirdlər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də uşaqların sosial müdafiəsi və rifahına yönəlmiş dövlət proqramları barədə iştirakçılara ətraflı məlumat vermişlər. Həmçinin qeyd olunmuşdur ki, uşaq siyasətinin əsas məqsədi hər bir uşağın sağlam inkişafı, təhsildən yayınmasının qarşısının alınması, zorakılıq hallarına qarşı mübarizə və ailə dəyərlərinin möhkəmləndirilməsidir. Sonda uşaqların rifahı, təhlükəsizliyi və hüquqlarının müdafiəsi cəmiyyətin hər bir üzvünün vəzifəsi olduğu qeyd edilmiş və bu istiqamətdə görülən işlərin davamlı olacağı vurğulanmışdır.

Keçidlər