Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Uşaqlara kitab verək, həyat yükü yox!” mövzusunda təlim keçirilib.

25 sentyabr 2025 | 15:07

25 sentyabr 2025-ci il tarixdə Cəlilabad şəhər Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə regional nümayəndəsi tərəfindən “Qızlar müzakirəyə qoşulur” silsilə layihəsi çərçivəsində “Uşaqlara kitab verək, həyat yükü yox!” mövzusunda təlim keçirilib.

Təlimdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Uşaq Səfirlər Məclisinin regional nümayəndəsi Selcan Camalova, uşaq səfirlər məclisinin fəalları və məktəblilər iştirak ediblər.
Təlimdə erkən evliliyin fəsadlarından, təhsilin qızların həyatındakı rolundan bəhs edilib. Həmçinin erkən nikahların qarşısının alınmasında valideynlərin mühüm rol oynadıqları və təhsilin erkən evliliklə mübarizədə ən güclü vasitə olması qeyd edilmişdir.
Təlim məktəblilərin diskussiyası ilə davam edib.

Keçidlər