Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

02 iyun 2022 | 10:53

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə iyunun 1-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrəngahında bayram şənliyi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Rayon rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, şəhid və qazi övladlarının iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilov çıxış edərək, balacaları əlamətdar gün münasibətilə təbrik edib, gələcəyimiz olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb.

Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış bayram konserti tədbir iştirakçıları tərəfindən maraqla izlənmişdir.

Sonda isə Rafiq Cəlilov tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər