Cəlilabadda "Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi" barədə maarifləndirici tədbir keçirilmişdir
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Lənkəran-Astara regional təhsil idarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun və Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə region nümayəndəsinin iştirakı ilə Cəlilabad rayonu Sərhədabad kənd tam orta məktəbində "Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi" barəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Lənkəran-Astara regional təhsil idarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı-məsləhətçisi Tacəddin Əli və Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə seçilmiş nümayəndəsi Nuray Məmmədli iştirak etmişdir.
Tədbirdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər Fəaliyyət Planı”nın icrası ilə bağlı rayon icra hakimiyyəti tərəfindən görülən işlər barədə, rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri, onlarda uşaqların maraq, istəklərinə uyğun fəaliyyət göstərən dərnək və bölmələr, uşaqlara diqqətin artırılması, sağlamlıqlarının qorunması və onların istedadlarının üzə çıxarılması barədə söhbət aparılmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.