Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26 fevral 2026 | 12:49

Cəlilabad rayonunda Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilib.

Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər.

Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilmiş, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilmiş, dövlət himni səsləndirilmiş, Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Xocalı soyqırımının Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ən ağır hərbi-siyasi cinayətlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, 1992-ci il fevralın 26-da dinc əhaliyə qarşı xüsusi qəddarlıqla törədilmiş bu faciə insanlığa qarşı cinayət kimi tarixə həkk olunub. 

Rayon rəhbəri Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soyqırıma hüquqi-siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan ardıcıl siyasətdən bəhs edib, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Rafiq Cəlilov çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının azərbaycanlılar üçün tarixin ən ağrılı səhifələrindən biri olmaqla yanaşı, ermənilərin əsl üzünü göstərən insanlıq tarixinin ən dəhşətli nümunələrindən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlər bu gün də davam etdirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər