Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub

26 fevral 2023 | 13:09

Cəlilabad rayonunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib. Mərasim Cəlilabad şəhərində yerləşən Şəhidlər Parkı Abidə Kompleksində təşkil olunub. Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə idarə, müəssisə, təşkilat rəhbərləri və rayon sakinləri iştirak ediblər. Tədbir iştirakçıları Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək  Xocalı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar, abidə önünə gül dəstələri düzüblər. 

Qeyd edək ki, fevralın 26-da rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın Dövlət Bayraqları endirilib. Bakı vaxtilə saat 17:00-da isə rayonun ərazisində 1 dəqiqəlik sükut elan olunacaq, avtomobillərin hərəkəti dayandırılaraq, səs siqnalları veriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər