Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda "Yaradıcı zərif əllər" adlı festival keçirilib.

04 mart 2026 | 12:41

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 3 mart 2026-cı il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı, "Furqan" şirkətinin sponsorluğu, Lənkəran-Astara Regional Təhsil və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin tərəfdaşlığı ilə "8 Mart-Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Yaradıcı zərif əllər" adlı festival keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Festival çərçivəsində qonaqlar Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunmuş infoturda iştirak edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar və müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuş xanımların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Daha sonra festival çərçivəsində təşkil olunmuş sərgidə əl işlərinə görə fərqlənən gənc xanımlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri və "Furqan" şirkətinin hədiyyələri təqdim olunub.

Keçidlər