Cəlilabadda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 02-04.03.2024-cü il tarixlərində Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatının, Mənzil İstismar Sahəsinin və Təhsil sektorunun iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bugün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir. İnsanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək rayon icra hakimiyyəti başçısı Rafiq Cəlilovun bu sahəyə uyğun olaraq verdiyi əsas tapşırıqlardan biridir. Bugün Cəlilabad şəhəri Heydər Əliyev prospektində həmçinin digər ərazilərdə 220 ədəd müxtəlif növ ağac tingləri əkilmişdir. Rayonun ekologiyasını təmiz saxlamaq üçün gələcəkdə də bu cür ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur.