Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

04 aprel 2024 | 16:22

Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə region nümayəndəsinin təşəbbüsü, Cəlilabad Rayon İcra Hakimiyyəti və  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Cəlilabad şəhər 3 saylı tam orta məktəbinin həyətində ağacəkmə aksiyası baş tutub.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən ağacəkmə aksiyasında Cəlilabad Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə region nümayəndəsi və 30 könüllü məktəbli iştirak etmişdir. Aksiya zamanı 50 ədəd sərv və Eldar şamı əkilmişdir.

Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə region nümayəndəsi "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildirmişdir.

Keçidlər