Cəlilabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iməcilik keçirilib
Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə region nümayəndəsinin təşəbbüsü, Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Cəlilabad şəhəri Qurtuluş küçəsində iməcilik keçirilib.
İməcilikdə Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları, Cəlilabad Uşaq Səfirlər Məclisinin region nümayəndəsi, Cəlilabad şəhər 3 və 9 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Cəlilabad Rayon Kommunal Müəssisələri Kombinatının və Mənzil İstismar Sahəsinin əməkdaşları iştirak ediblər.
Cəlilabad şəhəri Qurtuluş küçəsində keçirilən iməcilik zamanı ağaclara qulluq edilib və ətrafında təmizlik işləri aparılıb.
İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.