Cəlilabadda yaşıllıqlara qulluq müntəzəm olaraq davam etdirilir.
13 oktyabr 2025 | 12:50
Cəlilabad şəhərinin bir sıra küçələrində Kommunal Müəssisələr Kombinatının texnika və işçi qüvvəsinin köməkliyi ilə həddindən artıq qol-budaq atmış ağacların, həmçinin insanların və avtomobillərin hərəkətinə mane törədən ağacların budanması işləri həyata keçirilib.
Belə ki, ağaclarda budama işləri aparılan zaman müvafiq aqrotexniki tədbirlər nəzərə alınmış və lazımi təhlükəsizlik qaydalarına riayət olunmuşdur. İş prosesi zamanı tullantılar təmizlənmiş və texnikanın köməkliyi ilə ərazidən kənarlaşdırılmışdır.






