Cəlilabadda yeni işıqlandırma sisteminin qurulması davam edir
02 fevral 2023 | 09:49
Cəlilabad və Göytəpə şəhərlərində ən qabaqcıl və müasir texnologiyalardan istifadə etməklə enerjiyə qənaət edən və enerji səmərəliliyini artıran, küçə və prospektlərin fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemlərinin quraşdırılması davam edir. Artıq Cəlilabad şəhərində Heydər Əliyev Seyrəngahı, Zərifə Əliyeva, 20 Yanvar, Səməd Vurğun, İsmayıl Şıxlı, Qarabağ, Arif Qubadov, Röyal Nəsirov, Məhəmməd Füzuli, Mehdi Hüseynzadə, Qurtuluş, A.Azərtürk, Cavadxan, vətəndaşların Hasıllı kəndində yerləşən “Mirməhəmmədağa” ziyarətgahına getmək üçün istifadə etdikləri Vüqar Mürsəlov, Qazan köşkü və şəhərin digər küçələrində ağıllı işıqlandırma sisteminin quraşdırılması işləri tamamlanmış və sakinlərin istifadəsinə verilmişdir. Qeyd edək ki, abadlıq işləri “Bakı Abadlıq Xidməti” MMC tərəfindən həyata keçirilir.