Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadda yollar qardan təmizlənir

14 yanvar 2024 | 15:32

Respublikanın birsıra bölgələrində olduğu kimi, rayonumuza da dünən axşam saatlarından yağan qar hazırda da davam edir.

Qarlı hava şəraiti Cəlilabadın avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən ərazilərdə vəziyyətə nəzarət edilir. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun ucqar kəndlərində olmuş, magistral yollarda və Cəlilabad şəhərinin mərkəzi küçələrində nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək məqsədilə görülən işlərlə maraqlanmış, zəruri tədbirlərin görülməsi ilə bağlı yerində tapşırıqlar vermişdir.

Hazırda rayon ərazisində qarın yağması davam edir, soyuq hava şəraiti müşahidə olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər