Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadımızın məktəbliləri üçün möhtəşəm gün!

03 iyun 2022 | 09:49

02 iyun 2022-ci ildə Cəlilabad şəhəri, Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, AGMA-nın və

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Sən fərqlisən” adlı “Gələcək Gənclərlə Gələcək” şüarı altında Cəlilabad rayonu üzə Respublika Fənn Olimpiadasında qalib olmuş şagidlərin, həmçinin buraxılış imtahanlarında yüksək nəticələr əldə edən məzunların, eləcə də AGMA-nın üzvlərinin,Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin əməkdaşlarının iştirakı  ilə görüş keçirilmişdir.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamışdır.

Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı  Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev, Biznes Konsultantı Fəxri Ağayev,  Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi Bəhmən Məmmədov və təlimçi Anar Məmmədov də iştirak etmişlər.Qonaqların çıxışları iştirkçılar  tərəfindən yüksək maraqla qarşılnamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər