Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabadın iki kəndində yeni inşa olunmuş modul tipli məktəblərin açılışı olub

18 aprel 2022 | 09:21

Aprelin 18-də  Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən Cəlilabad rayonunun Albalan və Hasıllı kəndlərində yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılış mərasimləri keçirilib. Açılış mərasimlərində Cəlilabad  Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, DTX-nin rayon şöbəsinin rəisi Mehman Qasımov,Cəlilabad rayon prokuroru Vahid Məmmədov, YAP-nın Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı,  rayon təhsil şöbəsinin müdiri səlahiyyətlərini icra edən Ağaxan Ağayev, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimlərdə çıxış edən Rafiq Cəlilov bu əlamətdar hadisə münasibətilə müəllimləri, valideynləri və şagirdləri təbrik edərək ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğulayıb. RİH başçısı yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini,  ölkəmizdə bu sahədə aparılan işlərin rayon sakinləri tərəfindən təqdir edildiyini bildirib.

Qeyd edilib ki, yeni quraşdırılmış modul tipli 96 şagird yerlik Albalan  və 80 şagird yerlik Hasıllı kənd ümumi orta məktəbləri tədris üçün lazımi inventar və tədris vasitələri ilə təchiz edilib. Çıxış edənlər yeni məktəblərin istifadəyə verilməsini müəllimlərin, valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Rafiq Cəlilov məktəblərdə yaradılan şəraitə baxış keçirib, şagird və müəllim kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər