Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edib.

05 fevral 2025 | 16:02

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək müsabiqənin müsahibə mərhələsinə Cəlilabad Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının, Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayədəliyi, məsləhətçi - mühəndis (1 yer)

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının, Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi, baş məsləhətçi - baş mühasib (1 yer)

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız  aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir. 

https://exidmet.dim.gov.az/dqq/Elan/MsbMshElanList?ElanID=562

Keçidlər