Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanı

04 sentyabr 2025 | 10:32

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edir

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Cəlilabad Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, şöbə müdirinin müavini (1 yer)

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini (1 yer)

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Seyidbazar kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi (1 yer)

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayədəliyi, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi (1 yer)

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 3 sentyabr 2025-ci il tarixindən 17 sentyabr 2025-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

 

https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=577

Keçidlər