Şriftin ölçüsü :

Saytın rəngi :

Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasında tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırığına əsasən Cəlilabadda da tədbirlər keçirilməkdədir

08 avqust 2024 | 17:02

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planının 8.4.2-cı tapşırığı ilə əlaqədar qeyd edirik ki, əlilliyi olan ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında hələ tətbiq olunmamışdır. Lakin buna baxmayaraq ahıl və əlilliyi olan şəxslərin evdə səyyar sosial xidmətlərin keyfiyyətinə nəzarət etmək, işçilərin vaxtı-vaxtında xidmət yerində olub-olmamasını yoxlamaq məqsədilə Sosial Xidmət Agentliyinin nümayəndələri işçilərlə xidmət zamanı telefonla əlaqə saxlayaraq, görüntülü video və şəkillərə baxaraq və digər monitorinq üsulları ilə xidmətin keyfiyyətini nəzarətdə saxlayır. Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən əlil şəxslərin sosial şəraitinin yüksəldilməsi istiqamətində qarşılaşdıqları problemlərin həlli istiqamətində davamlı işlər aparılır və lazımı köməkliklər göstərilir. Ahıl şəxslərin müraciətləri əsasında rayonun qayğı mərkzələrində və icra hakimiyyətində daim diqqət göstərilir.

Keçidlər