Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayonunda kompleks mülki müdafiə təliminin keçirilməsinə hazırlıq məqsədi ilə müşavirə keçirdi

23 oktyabr 2024 | 18:56

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin  2024-cü il üçün mülki müdafiə tədbirləri planına uyğun olaraq cari ilin 28-30 oktyabr tarixlərində Cəlilabad rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda kompleks mülki müdafiə təliminin keçirilməsinə hazırlıq məqsədi ilə müşavirə keçirilmişdir.

Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin, FHN Cənub Regional Mərkəzinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı idarələrinin və digər aidiyyəti müəssisələrin nümayəndələri iştirak etmişdir.

Müşavirəni giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyev 28-30 oktyabr tarixlərində keçiriləcək təlimdə iştirak edəcək rayon mülki müdafiə idarəetmə orqanlarını, xidmətlərini və qüvvələrini təlimin hazırlığına dair təşkilati göstərişlərlə tanış etdi, təlimə hazırlıq dövründə və təlimin gedişində əməli tədbirlərin yerinə yetirilməsi üçün lazımi qüvvə və vasitələrin ayrılması barədə tapşırıq verdi.

Sonda müşavirədə keçirələcək təlimə hazırlıq ilə bağlı videoçarx nümayiş olundu, suallar cavablandırıldı.

Keçidlər