Şriftin ölçüsü :

Saytın rəngi :

FHN türkiyəli psixoloqlarla birgə erməni terrorundan zərər görmüş vətəndaşlara yardım edəcək

15 noyabr 2022 | 18:15

Cəlilabad rayonu ərazisində Vətən Müharibəsi qazilərinin, iştirakçılarının və şəhid ailələrinin müharibə sonrası PTSP (posttravmatik stress pozuntusu) müraciətləri nəzərə alınaraq həmin şəxslərə psixoloji müalicə göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 (üç) psixoloq 2 ay müddətinə Cəlilabad rayonuna ezam edilmişlər. Psixoloqlar tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həftənin I və IV günlərində qəbul keçiriləcəkdir. Həmin qəbulda iştirak etmək istəyənlərin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etməklə onlayn qeydiyyata alınmanları tövsiyə edilir. Bildiririk ki, qəbul yalnız onlayn qeydiyyata alınmaqla həyata keçirilir. 

Keçidlər