Gənclər və idman naziri Fərid Qayıbov Cəlilabad rayonunda vətəndaş qəbulu keçirib
16 dekabr 2025 | 12:58
16 dekabr 2025-ci il tarixdə Gənclər və idman naziri Fərid Qayıbov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Gənclər və idman naziri Fərid Qayıbov Cəlilabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.






