Şriftin ölçüsü :

Saytın rəngi :

Göytəpə şəhərində çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub

27 dekabr 2022 | 12:07

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına əsasən bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır.Son dövrlər Cəlilabad rayonunda həyata keçirilən abadlıq işləri bunu deməyə əsas verir. Cəlilabad və Göytəpə şəhərlərində prospekt və küçələrin asfaltlanması, bütün səkilərin yenidən qurulması, səkilərə yeni tamet, bardür düzülməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, binaların həyətlərində abadlıq işlərinin aparılması dediklərimizin bariz nümunəsidir. Həmçinin prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində aparılan işlər uğurla davam etdirilir. Hazırda Göytəpə şəhərinin O.Eynullayev küçəsində yerləşən 58 saylı çoxmənzilli yaşayış binasının həyətində abadlıq işləri aparılır, binanın həyətinə asfalt örtüyü vurulur.

Sakinlər görülən işlərdən razılıq edir, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər