Şriftin ölçüsü :

Saytın rəngi :

Göytəpə şəhərində naməlum şəhid məzarları təmir-bərpa olunub

07 iyun 2022 | 09:54

Müharibənin öz qanunları var. Bəzən olur ki, döyüş bölgəsində həlak olmuş döyüşçülərin nə adları, nə də yaxınları məlum olur. Cəlilabad rayonunun Göytəpə şəhər qəbirstanlığında dəfn olunan 2 naməlum şəhid döyüşçü kimi.

Birinci Qarabağ müharibəsində şəhid olaraq Göytəpə şəhər qəbirstanlığında dəfn edilmiş iki naməlum şəhid məzarı Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təmir-bərpa olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri və qazilər naməlum şəhid məzarlarını ziyarət etmişlər.

Sonra şəhidlərin məzarları üstünə gül dəstələri düzülərək, ruhlarına dualar oxunmuşdur.

Keçidlər