Göytəpə şəhərində sakinlərin rahatlığını təmin etmək məqsədilə yenidənqurma işləri davam etdirilir
Bugün respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu baxımdan Cəlilabad rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir. Son illər abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir.
Belə ki, Göytəpə şəhərinin bir sıra küçələrində yüksək keyfiyyətlə həyata keçirilən asfaltlanma işləri, eyni zamanda Fəzail Bayramov küçəsində piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün 322 metr uzunluğu, 1.90 metr eni olan piyada səkisində təmir-tikinti işləri yekunlaşmış və vətəndaşların istifadəsinə verilmişdir.






