Şriftin ölçüsü :

Saytın rəngi :

Göytəpə şəhərinin küçələri asfaltlaşdırılır

27 dekabr 2022 | 09:41

Ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb. Rayonda bütün sahələrdə iş ahəngdarlığı durmadan yüksəlib, yeni layihələrin icrası geniş vüsət alıb.

Hazırda Cəlilabad rayonunun Göytəpə şəhərində küçələrin asfaltlanması işləri aparılır. Hazırda şəhərin Babək, Ə.Hüseynov, V.Hüseynov, C.Rumi və V.Abdullayev küçələrinə asfalt örtüyü döşənilib və sakinlərin istifadəsinə verilib.

“Sezgin İnşaat” MMC tərəfindən həyata keçirilən asfaltlanma işləri yüksək keyfiyyətlə aparılıb.

Şəhər sakinləri küçələrin asfaltlaşdırılması və digər təmir-bərpa işlərindən razılıqlarını ifadə ediblər.

Keçidlər