"Hər şey Vətən üçün, Vətən hər kəsin" adlı sərgi-yarmarkası təşkil edilib
14 dekabr 2022 | 11:09
Dekabrın 13-də Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə "Hər şey Vətən üçün, Vətən hər kəsin" adlı sərgi-yarmarkası təşkil edilib.
Sərgidə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Qızıl Aypara Cəmiyyətinin Lənkəran Regional İdarəsinin koordinatoru, YAP-nın Cəlilabad rayon təşkilatının sədri, Cəlilabad rayon üzrə təhsil sektorunun əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
Sərgidə məktəbin peşə təmayüllü siniflərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin əl işləri satışa çıxarılıb. Sərgi-yarmarkasından əldə edilən vəsait "YAŞAT" Fonduna və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülüb.