İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub
25 yanvar 2023 | 17:50
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Cəlilabad rayonuna media-tur təşkil olunub. Media-turun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Tvininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.
Səfər çərçivəsində media-tur iştirakçıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanası, Cəlilabad Müalicə-Diaqnostika Mərkəzi və Agentliyin Cəlilabad rayonundakı filialında olublar.