Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyəti yanında Komissiya Polislə birgə torpaqların zəbtdən azad edilməsini həyata keçirir

28 sentyabr 2023 | 18:50

Cəlilabadda zəbt edilmiş torpaqların azad edilməsi və qanuni dövriyyəyə qaytarılması ilə əlaqədar icra hakimiyyəti yanında Komissiyanın Polislə birgə tədbirləri davam etdirilir.

Belə ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Ağayev Hidayət Hüseynqulu oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı 8.0 ha örüş sahəsinin 4.0 ha hissəsində məqsədli təyinatdan kənar əkin işlərinin aparılması faktı ilə bağlı araşdırma tamamlanmışdır.

Ağayev Hidayət Hüseynqulu oğluna Azərbaycan Respublikası İXM-nin 247.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilmişdir.

Rayonda belə halların qarşısının alınması üçün yaradılmış Komissiya Polislə birgə araşdırmalarını davam etdirir.

Keçidlər