İlk dəfə Cəlilabad rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım xidməti göstərilmişdir
24 avqust 2022 | 16:01
24 avqust 2022-ci il tarixdə saat Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Bakı şəhəri "Universal Vəkil Bürosu”nun vəkilləri tərəfindən Cəlilabad rayonunda sakinlərə ilk dəfə ödənişsiz hüquqi yardım akiyası keçirilib. Aksiya zamanı Bakı şəhəri “Universal Vəkil Bürosu”nun vəkilləri tərəfindən vətəndaşlara ödənişsiz ailə məişət məsələləri, sahibkarlıqla bağlı vergi məsələləri, inzibati sahədə işlər barədə, pensiya məsələləri, cinayət və mülki işlər, həmçinin kommersiya işləri üzrə hüquqi yardım göstərilmişdir.