Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilmişdir

13 mart 2025 | 12:46

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli 432 nömrəli Sərəncamla Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa keçirilmişdir.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul əməkdaşları, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak etmişdir.

Giriş sözü ilə tədbiri açıq elan edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasının qoyulduğunu qeyd etmişdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıdığını, eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğunu və Dövlət Bayrağımızın əzəli torpaqlarımızda əzəmətlə dalğalandığını diqqətə çatdırmışdır.

Daha sonra RİH başçısı “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar rayon ərazisində görüləcək işlər barədə görüş iştirakçılarına tapşırıq və tövsiyələrini vermişdir.

Sonda tədbirdə iştirak edən idarə və təşkilat rəhbərlərinin təklifləri dinlənilmişdir.

Keçidlər