Şriftin ölçüsü :

Saytın rəngi :

"Ləkin" komandası "Sərhəd" hərbi-idman oyunlarında Respublika üzrə ll yerə layiq görülmüşdür

10 iyun 2022 | 17:28

Dövlət Sərhəd Xidmətinin (DSX), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq, DSX-nin hərbi hissələrində ənənəvi “Sərhəd” hərbi-idman oyunları keçirilir.

Hərbi-idman oyunlarının məqsədi məktəblilərin hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi, ölkəmizin gələcək müdafiəçilərinin vətənpərvər ruhda yetişdirilməsi, onların sərhədçi peşəsinə maraqlarının artırılması və hərtərəfli formalaşmalarına töhfə verməkdir.

Üç mərhələdə keçirilən “Sərhəd” hərbi-idman oyunlarında respublikanın 36 rayonundan 181 məktəbin 905 şagirdi iştirak edir. Məktəblilərin böyük maraqla qatıldığı oyunlarda komandalar “Sıra hazırlığı”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “TOZ-8 tüfəngindən hədəfə atəş”, “Sərhəd pozucusunun yaxalanması və təxliyə edilməsi”, “Maskalanma”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, “Avtomatın sökülüb-yığılması” üzrə tapşırıqları yerinə yetirərək öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Cəlilabad rayonunu təmsil edən Ləkin kənd məktəblilərindən ibarət "Ləkin" komandası "Sərhəd" hərbi-idman oyunlarında Respublika üzrə ll yerə layiq görülmüşdür. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov "Ləkin" komandasının üzvlərini, müəllimləri ilə birlikdə qəbul etmiş, komandanın əldə etdiyi uğur münasibətilə onları təbrik edərək, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulamışdır.

Keçidlər