Media nümayəndələri və rayonun bir sıra ziyalıları ilə görüş keçirilmişdir
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri, Cəlilabad şəhər bələdiyyələri əlaqələndirmə şurasının sədri, Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, rayon ziyalıları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatı, İctimai Birliyinin Cəlilabad rayon təşkilatının sədri, sosial şəbəkə istifadəçiləri və vətəndaş mediası fəalları iştirak etmişdir.
Səmimi müzakirə formatında keçən görüşdə rayonun sosial problemləri, həmin problemlərin həlli yolları, vətəndaşları daha çox narahat edən məsələlər müzakirə edilmiş, mövcud olan problemlərin araşdırılması və onların həlli yollarına dair təkliflər dinlənilmişdir. Qeyd edilən məsələlər ilə bağlı mümkün tədbirlərin görüldüyü diqqətə çatdırılmış, media ilə işin koordinasiyalı formada təşkil olunması məqsədəmüvafiq hesab edilmişdir.