“Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
27 noyabr 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Əliyev Məmmədzadə Əvəz oğlu çıxış edərək ölkəmizdə ailə institunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış gender komissiyanın fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmindən ətraflı bəhs etmişdir.
Tədbirdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində görülə biləcək işlər barədə müzakirələr aparılmışdır.