Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığına qarşı maarifləndirici tədbir keçirilib

29 oktyabr 2025 | 15:01

29 oktyabr 2025-ci il tarixdə Cəlilabad rayon Muğan kənd tam orta ümumtəhsil məktəbin akt zalında Cəlilabad Rayon İcra Hakimiyyətinin, Lənkəran –Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sektorunun və Lənkəran –Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Zorakılığa qarşı cəmiyyətin birgə mübarizəsi” mövzusunda maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, şagirdlər, valideynlər və müəllimlər iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılara zorakılığın növləri və nəticələri, hüquq müdafiə mexanizmləri, zərərçəkmiş şəxslərə psixoloji və sosial dəstək imkanları, zorakılığa şahid olunduqda müraciət yolları barədə ətraflı məlumat verildi. Çıxış edən mütəxəssislər zorakılığın yalnız fərdi problem olmadığını, cəmiyyətin təhlükəsizliyi üçün hər kəsin məsuliyyət daşıdığını vurğuladılar.

Tədbir müzakirələr və sual-cavabla davam etdi.

Keçidlər