Şriftin ölçüsü :

Saytın rəngi :

Meşələrdə ağacların qanunsuz kəsilməsi hallarının qarşısının alınması üçün müşavirə keçirilmişdir

15 dekabr 2022 | 12:42

14 dekabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabad rayonunda meşələrdə və meşə fonduna daxil olmayan ərazilərdə biznes məqsədilə ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı müşavirə keçirilmişdir.

Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat rəsmiləri, yerli hüquq mühafizə orqanlarının, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Masallı Regional Meşəçilik Mərkəzinin əməkdaşları, aidiyyəti üzrə ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişdir.

Görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələləri müzakirə edilib. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı qəti tədbirlərin görüləcəyi bildirilib.

Müşavirədə biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam alınması üçün  operativ qərargahın yaradılması və ağac kəsimi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək barələrində cinayət işinin başladılması barədə qərar qəbul edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər