Şriftin ölçüsü :

Saytın rəngi :

“Nağılların audiovizual təqdimatı” layihəsinin və autizm spektr pozuntuları olan uşaqların valideynləri üçün maarifləndirmə işinin təşkil edilməsi məqsədilə tədbir keçirilib

20 avqust 2025 | 19:09
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 avqust 2025-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin və Cəlilabad Günərzi Qayğı Mərkəzinin birgə təşkilatçılığı ilə “Nağılların audiovizual təqdimatı” layihəsinin və autizm spektr pozuntuları olan uşaqların valideynləri üçün maarifləndirmə işinin təşkil edilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Özal Kazımov, Usaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndəsi Xanoğlan Bəhmənov, Günərzi Qayğı Mərkəzinin direktoru Fatimə Cabbarova və rayon mərkəzi xəstəxanasının pediatrı Aynurə Rəcova iştirak etmişdir.
Tədbirdə uşaqlara sevimli nağıllar fərqli üslubda təqdim olunmaqla yanaşı, autizm spektr pozuntusu mövzusu da müzakirə edildi. Valideynlərə uşaqların inkişafı, sosial müdafiəsi və düzgün yanaşma yolları barədə ətraflı məlumat verildi.
Tədbirin əsas məqsədi – uşaqların yaradıcılıq imkanlarını dəstəkləmək, valideynləri maarifləndirmək və cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə yönəltməkdir.
Keçidlər