Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul rayonunun Məmmədrzalı kəndində keçirildi.

26 iyul 2024 | 19:06

Təsdiq edilmiş qrafikə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Rafiq Cəlilovun Cəlilabad rayonunun Məmmədrzalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirimişdir. Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir. “Açıq mikrofon” şəraitində keçirilən görüşdə sakinlər problemlərini, müraciət və təkliflərini dilə gətiriblər. Rayon icra hakimiyyətinin başçısı  səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər  yerindəcə öz həllini tapıb. Rayon icra hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər