Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür

22 noyabr 2022 | 14:16

Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Ədliyyə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.

Ölkəmiz bu gün qanunun aliliyinin bərqərar olması və vətəndaşların qanun qarşısında ümumbəşəri bərabərliyinin təmin edilməsi istiqamətində qətiyyətli addımlar atır.

Noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və  ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizin ədliyyə işçilərini peşə bayramı günü münasibəti ilə ürəkdən təbrik edib, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər