QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ
10 dekabr 2022 | 11:30
SOCAR-ın “Qaz İxrac” İdarəsindən Cəlilabad Rayon İcra Hakimiyyətinə daxil olmuş məlumata əsasən bildiririk ki, Dövlət Proqramı çərçivəsində təbii qaz həcminin qəbul edilməsi, əhali və sənaye istehlakçılarına faziləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün “Astara-Qazıməmməd” magistral qaz kəmərində aparılan təmir və yeni boru hissələrinin mövcud qaz kəmərinə qoşulması işləri ilə əlaqədar 13-15 dekabr 2022-ci il tarixlərdə (3 gün) Günəşli qaz paylayıcı stansiyasından (QPS) qidalanan 24 yaşayış məntəqəsinin və 16 dekabr 2022-ci il tarixdə (1 gün) Göytəpə və Cəlilabad qaz paylayıcı stansiyalarından qidalan 26 yaşayış məntəqəsinin mavi yanacaqla təchizatında fasilə yaranacaqdır.