Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov 100 yaşlı sakini ziyarət edib

13 oktyabr 2022 | 14:37

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun Ləkin kənd sakini Quliyeva Bibixanım Qasım qızını yaşadığı evdə ziyarət edib. Bibixanım nənəni təbrik edən icra başçısı onun səhhəti və qayğıları ilə maraqlanıb.

Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub. 1922-ci il təvəllüdlü Bibixanım nənənin 2 oğlu, 18 nəvəsi, 42 nəticəsi və 12 kötükcəsi var.

Görüşdə Rafiq Cəlilov tərəfindən Bibixanım nənəyə hədiyyələr təqdim olunub. Bibixanım nənə onu ziyarət etdikləri üçün minnətdarlığını bildirərək dövlətimizə və xalqımıza sülh, əmin-amanlıq arzulayıb.

Keçidlər