Rafiq Cəlilov 100 yaşlı sakinin ad gününü təbrik edib
22 sentyabr 2022 | 19:14
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 100 yaşı tamam olan rayonun Göytəpə şəhər sakini Əbilhəsənova Kövkət Qubad qızını yaşadığı evdə ziyarət edib. Rafiq Cəlilov Kövkət nənəni 100 illik yubileyi münasibətilə təbrik edib, ona sağlam və gümrah həyat arzulayıb. Yubilyara doğum günü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Kövkət Əbilhəsənova Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Abdullayevin nənəsidir.Kövkət Əbilhəsənova və ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığlarını bildiriblər.