Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda aparılan tikinti işləri ilə maraqlanıb

17 sentyabr 2022 | 19:59

Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması sürətlə və keyfiyyətlə davam etdirilir.

Ümumi uzunluğu 36,2 kilometr, eni ortalama 10 metr təşkil edən yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu səbəbdən, kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə gətirib çıxarırdı.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı,Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı,Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarında aparılan təmir-tikinti işləri ilə yaxından tanış olub.

RİH başçısına məlumat verilib ki, uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli və 2.5 km-lik Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib.

28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri yekunlaşıb. Layihə üzrə nəzərdə tutulan suötürücü boruların inşası son mərhələdə olmaqla yerinə yetirilir. Sözügedən yollarda artıq 16 km ərazidə yeni yol əsasının alt, 5.5 km-lik hissədə isə əsasın üst qatı inşa edilib.

Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə nəzərdə tutulan təmiri yekunlaşıb.

Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

Təmir-tikinti işləri ilə tanış olan RİH başçısı Boyxanlı və Məlikqasımlı kəndlərində sakinlərlə görüşmüş, onların problemlərini və qayğılarını dinləmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər