Rafiq Cəlilov 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə səhiyyə işçilərinə fəxri fərmanlar təqdim edib
16 iyun 2022-ci il tarixdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 17 iyun-Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başıçısı Rafiq Cəlilov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elnur Azadxanov və bir qrup tibb işçisi iştirak edib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçilərinin Peşə Bayramı Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Səhiyyə işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup səhiyyə işçisi rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.