Rafiq Cəlilov “Abad həyət” parkında görülən işlərlə tanış olub
Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən 8,11 və 13 saylı binaların qarşısında yerləşən Cəlilabad bələdiyyəsinin ümumi istifadə torpaqlarına aid olan 1500 kvadrat metr ərazidə Cəlilabad bələdiyyəsinin büdcəsi hesabına "Abad həyət” park layihəsi icra olunur. Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov aidiyyəti şəxslərlə birlikdə “Abad həyət” parkı salınan ərazidə olmuş, aparılan işlərin keyfiyyəti ilə maraqlanmışdır.
RİH başçısına məlumat verilib ki, parkda söhbətgahlar, mini futbol meydançası quraşdırılmışdır. Abadlıq işləri çərçivəsində “Abad həyət” parkında oturacaqlar qoyulacaq, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılacaqdır. Binaların həyətində yeni işıqlandırma sisteminin qurulması və müasir işıq dirəkləri quraşdırılması nəzərdə tutulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqlar bərpa edilmiş, həmçinin ərazidə müxtəlif növ həmişəyaşıl ağacların və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.