Rafiq Cəlilov Ağdaş kəndində növbəti səyyar qəbul-görüş keçirib
7 may 2025-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Ağdaş kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib. Ağdaş kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək son illərdə respublikamızın o cümlədən Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində Ölkə Rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat vermişdir.
Daha sonra sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan problemlərlə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müəyyən tapşırıqlar verilib. Həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izah verilib, onlarla söhbət aparılıb.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.