Rafiq Cəlilov arxeoloqlar və tarixçi-alimlərlə görüşüb
16 avqust 2022 | 12:44
15 avqust 2022-ci il Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində olub, rayonumuzda fəaliyyət göstərən arxeoloqlar və tarixçi-alimlərlə görüşüb və muzeydə olan eksponatlarla tanış olub.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 aprel 2010- cu il tarixdə Tarix- Diyarşünaslıq muzeyinin açılışında iştirak etmişdir. Muzeydə Respublikanın və rayonun qədim orta əsr yeni dövrünə aid arxeoloji tapıntılar nümayiş etdirilir. Muzey 7 bölmədən ibarətdir .Muzeydə təbiət, antik dövr, kənd təsərrüfatı, hərbi dövr, etnoqrafik, tunc dövrü bölmələri, həmçinin açıq səma altında muzey fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova tərəfindən “Paşatəpə” abidəsində qazıntı işləri aparılır.