Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Avropa birinciliyindən bürünc medalla qayıdan idmançılarla görüşüb

18 avqust 2022 | 12:30

18 avqust 2022-ci il tarixdəki görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Cəlilov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Şəhriyar Əsgərov və Əli Əliyev, onların yetirmələri Azər Əzimov, Varid Ağasızadə və Hüseyn Əsgərli  iştirak ediblər.

Rayon rəhbəri idmançılarla görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmana göstərilən diqqət və qayğısından söz açaraq, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını bildirib.

Görüşdə iştirak edən məşqçi-müəllimlər idman sahəsində gənclərə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, rayonda idman sahəsinə, idmançılara göstərdiyi diqqət və qayğıya görə icra başçısına təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, San Marinoda yeniyetmələr arasında keçirilən Avropa çempionatında 3-cü yer uğrunda mübarizədə  Azərbaycan yığması (U-18) Lüksemburq komandasına 78-73 hesabı ilə qalib gələrək lll yerə layiq görülüb.

Keçidlər