Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Bakı şəhərində yaşayan cəlilabadlı alimlərlə görüşüb

24 avqust 2022 | 18:33

24 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun dəvəti ilə Bakı şəhərində yaşayan bir qrup elm adamları, alimlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, professor Sakit Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun Abşeron təcrübə stansiyasının direktoru, aqrar elmlər doktoru, dosent Cəbrayıl Ağayev,  Azərbaycan Texniki Universitetin əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Adıböyük Əliyev, Azərbaycan Tibb Universitetinin Terapevtik stomatologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Bahadur Əliyev, “Caucasus Geo Survey” şirkətinin təsisçisi və direktoru, coğrafiya üzrə fəlsəfə doktoru, BMT-nin eksperti Rauf Əmənov iştirak etmişdir. Cəlilabadlı alimlər rayonun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, tibb sahəsi və digər sosial məsələlər barədə RİH başçısı ilə müzakirə aparmışlar. Rafiq Cəlilov əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, rayonun sosial-iqtisadi inkişafı və aparılan tikinti-abadlıq işləri barədə qonaqlara məlumat verib. Müzakirə zamanı alimlərimiz ayrı-ayrı sahələr üzrə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı öz tövsiyələrini verdilər. Görüşdə rayonun sosial-iqtisadi inkişafını daha da gücləndirməkdən ötrü cəlilabadlı ziyalıların mövcud əlaqələrindən istifadə etmək, rayona investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, o cümlədən istehsalat sahəsində qabaqcıl texnologiyalardan istifadə barədə müəyyən fikir mübadiləsi aparılmışdır. Həmçinin görüş zamanı qeyd olunan məsələləri əlaqələndirmək üçün əlaqələndirmə qrupunun yaradılması barədə qərar qəbul edilmişdir.

Keçidlər